“Səbail” növbəti əcnəbi futbolçunu heyətinə qatıb. Bayıl təmsilçisi Momo Sakonu rənglərinə bağlayıb.
23 yaşlı malili yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Momo bir müddət “Neftçi”də baxışda olub.
Ancaq performansı məşqçilər heyətini qane etməyib. Bu səbəbdən də futbolçu ilə müqavilə imzalanmayıb.
Daha sonra malili oyunçu I Liqa klubu “Səbail”lə anlaşıb.
Xatırladaq ki, 23 yaşll yarımmüdafiəçi “Neftçi”də çıxış edən Falaye Sakonun qardaşıdır.
Qeyd edək ki, Momo Sakonun son klubu Portuqaliya təmsilçisi “Vilaverdense” olub.
İdmanxeber.az