AZ

Putin: Rusiyanın bunda marağı yoxdur

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı bəyan edib ki, Rusiya hakimiyyəti silahlanma yarışı ilə bağlı gərginliyi daha da artırmaqda maraqlı deyil.

Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz milli çəkindirici qüvvələrimizin etibarlılığına və effektivliyinə əminik, lakin eyni zamanda, gərginliyi daha da artırmaqda və ya silahlanma yarışını qızışdırmaqda maraqlı deyilik", - Rusiya lideri izah edib.

O əlavə edib ki, Rusiya Strateji Silahların Azaldılması Müqaviləsinin müddəalarına əməl etməyə hazırdır, ancaq ABŞ-nin oxşar addımlar atması şərti ilə...

QAZİLER.AZ

Seçilən
8
qaziler.az

1Mənbələr