Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, bunu NATO Parlament Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
Rubinyan çıxışında Türkiyə ilə münasibətlərə də toxunaraq, bunun Ermənistanın xarici siyasətində prioritet olaraq qalmasını vurğulayıb.
“Biz mehriban qonşuluq münasibətləri qurmaq üçün bu tarixi fürsəti əldən verməməliyik. Münasibətlərin normallaşdırılması təkcə regiona sabitlik və firavanlıq gətirməyəcək, həm də uzun müddət davam edən münaqişələrin dialoq və diplomatiya yolu ilə həll edilə biləcəyini nümayiş etdirərək qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək”, – deyə o qeyd edib.
Rubinyan bildirib ki, Türkiyə Ermənistanın diplomatik əlaqələr qurmağa və sərhədləri tezliklə açmağa hazır olmasına cavab verəcək:
“Biz indi buna hazırıq”, – deyə vitse-spiker əlavə edib.
Musavat.com