AZ

Rusiya mediası Azərbaycanla bağlı elə xəbər yaydı ki…

Rusiya mediasında bir neçə gündür Azərbaycanla bağlı məlumatın tirajlanması diqqət çəkib.

Olaylar.az xəbər verir ki, bir sıra saytlar yerli mediaya istinadən ölkəmizdə bəzi valideynlərin yaxın qohumlar arasında nikah qadağasından yan keçməyə çalışdıqlarını yazıb.

"Bəziləri qohumlar arasında ailə qurmaq imkanını qorumaq üçün övladlarından qanuni imtinaya əl atırlar. Bu prosedurdan sonra rəsmi qohumluq əlaqəsinə son qoyulur və onların qanuni nikaha daxil olmasına icazə verilir", - deyə qeyd olunur.

Xatırladaq ki, 2025-ci il iyulun 1-dən etibarən Azərbaycanda qohumlar arasında nikah qadağan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr