AZ

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

Olaylar.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, peşə tanınması üzrə növbəti imtahan 29 sentyabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər sentyabrın 23-dən etibarən DİM-in internet saytına daxil olaraq "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə "İmtahana buraxılış vərəqəsi"ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.

Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə ("Müəllimlik", "Mühəndislik", "Hüquq") keçid etməklə tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.

Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.

Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
29
olaylar.az

10Mənbələr