AZ

Bakı sakini Zeyqəm Süleymanovun keçmiş gəlini ilə bağlı iddiasına Baş Prokurorluqdan CAVAB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı sakini Zeyqəm Süleymanovun keçmiş gəlini ilə bağlı iddiasına Baş Prokurorluq cavab verib.
Oxu.Az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
"Baş Prokurorluğun sosial media səhifəsində paytaxtın Nərimanov rayon sakini Zeyqəm Muradəli oğlu Süleymanov özünə məxsus hesabdan prokurorluq orqanlarına ünvanladığı şikayətinə obyektiv baxılmamasına dair bir neçə dəfə məlumat paylaşıb.
Bildirilir ki, vətəndaş Z.M.Süleymanov dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb edib, lakin araşdırmalarla göstərilən faktlar təsdiq olunmayıb.
Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni və əsaslı hesab edilib, vətəndaş dəfələrlə qəbul edilərək dinlənilib və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa da, sonuncu israrla əsassız tələblərini davam etdirib", - məlumatda deyilir.
Seçilən
13
9
oxu.az

3Mənbələr