AZ

Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə saziş imzalanıb

Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.

“APA-Economics” xəbər verir ki, əməkdaşlıq sazişi I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanıb.

Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-də fəaliyyət göstərən “Modon” şirkətinin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə Əməkdaşlıq haqqında Sazişi imzalayıblar.

Sazişin imzalanma mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və BƏƏ-nin investisiya naziri Mohamed Hassan Alsuwaidi iştirak edərək sənədin şahidi olublar.

Seçilən
12
13
musavat.com

10Mənbələr