AZ

Tarixi sammitə saatlar qalmış Şaranın açıqlaması ABŞ gündəmini silkələdi

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beynəlxalq ictimaiyyət Suriyada üzərinə düşən məsuliyyəti yerinə yetirmədi.

Turkustan.az xəbər verir ki, Suriya Prezidenti Əhməd əl-Şara ABŞ-ın CBS telekanalına verdiyi müsahibədə beynəlxalq ictimaiyyəti ölkəsində mülki vətəndaşların müdafiəsi, məhbusların azad olunması və kimyəvi silahdan istifadənin qarşısının alınması məsələlərində uğursuzluqda ittiham edib.

“Suriyada həyata keçirdiyimiz bütün bu nəcib addımlar əslində beynəlxalq ictimaiyyətin məsuliyyəti olmalı idi. Bu dəhşətli cinayətlər baş verərkən niyə susdunuz? Bu sualı biz verməliyik,” – deyə, o bildirib.

Əl-Şara ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qərarını “sürətli, cəsarətli və tarixi” addım kimi qiymətləndirib. O, Suriyanın təhlükəsiz, sabit və vahid bir dövlət olaraq qalmasının təkcə regionun deyil, bütün dünyanın maraqlarına xidmət etdiyini vurğulayıb.

Prezident əl-Şara ABŞ-ı qarşılıqlı maraq doğuran sahələr üzrə genişmiqyaslı müzakirələrə və ikitərəfli əlaqələrin bərpasına çağırıb. O, Suriyanın artıq Bəşər Əsəd rejiminin zülmündən azad olunduğunu, qaçqın və köçkünlərin ölkəyə geri dönməyə başladığını bəyan edib.

Əl-Şara həmçinin Suriyanın İŞİD terror təşkilatına qarşı mübarizə apardığını xatırladaraq əlavə edib: “İran milislərini və Hizbullahı bölgədən çıxardıq. Halbuki bu, beynəlxalq ictimaiyyətin görəvi idi. Onlar isə bir nəfər məhbusu belə azad edə, bir şəhərin mühasirəsini qıra bilmədilər".

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
icma.az

2Mənbələr