AZ

Nazir müavini: Azərbaycan cari ildə rəqabətədavamlı vergi sisteminin yaradılmasınə hədəfləyir

BAKI, 22 sentyabr. TELEQRAF

Cari ildə Azərbaycanın əsas hədəflərindən biri sabit makroiqtisadi mühitin formalaşdırılması, rəqabətədavamlı vergi sisteminin yaradılması, gömrük prosedurlarının sadələşdirilməsidir.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

Nazir müavini bildirib ki, bununla yanaşı, investisiya boşluğunun aradan qaldırılması üçün xarici birbaşa investisiyaların cəlb olunmasına xüsusi diqqət yetirilir:

“Bu gün səhər bir Anlaşma Memorandumu və bir dövlət-özəl tərəfdaşlıq sazişi imzalanıb. Bütün bunlar qeyri-neft sənayesinin və xarici investisiyaların inkişafına yönəlib”.

Səməd Bəşirli əlavə edib ki, Azərbaycan iqtisadiyyatı əsasən neft və qaz sektoruna əsaslanır:

“Hazırda ÜDM-də neft və qazın payı 50 faizdən aşağı olsa da, ixracda hələ də böyük pay təşkil edir. Bununla yanaşı, son altı ildə qeyri-neft ixracı təxminən iki dəfə artıb.

Neft-qaz iqtisadiyyatı üçün əsas çağırış diversifikasiyadır. İllər əvvəl iqtisadiyyatın şaxələndirilməsinə başlamışıq və müəyyən dərəcədə buna nail olmuşuq. Lakin proses davam edir. İqtisadiyyatı şaxələndirmək üçün ən vacib istiqamət ixrac potensialına malik istehsal sektorunun inkişafıdır.

Qeyri-neft sektorunda sənayeləşmə sənaye zonaları vasitəsilə həyata keçirilir. Hazırda Aəzrbaycan sənaye zonalarında 170-dən çox müəssisə qeydiyyatdan keçib, 4 milyard dollardan çox investisiya yatırılıb və 10 mindən artıq iş yeri yaradılıb”.

Seçilən
16
teleqraf.com

1Mənbələr