AZ

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - Açarlar təqdim olunub - FOTO

Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Ağdərə rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib

xxx

13:23

Tərtər şəhərindən yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Həsənriz kəndinə köçürülən ümumilikdə 115 nəfər olmaqla 29 ailə öz dədə-baba yurdu olan Ağdərə rayonun Həsənriz kəndinə çatıb.

Daha sonra köç edən ailələrə yeni sahib olduqları evlərin açarları təqdim ediləcək.

 

xxx

11:50

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Həsənriz kəndinə köç edənlər bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Ağdərə rayonunun Həsənriz kəndinə 29 ailə olmaqla 115 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər Tərtər şəhər Bayraq Meydanından yola sala salınıb. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, koç edən ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
  • Növbəti
Seçilən
12
1
day.az

10Mənbələr