AZ

Polşa hava məkanını pozan PUA-ları hansı halda vuracağını BƏYAN ETDİ

Polşa yalnız bütün NATO müttəfiqlərinin vahid mövqeyi olduğu halda hava məkanını pozan obyektlərə qarşı güc tətbiq etməyə hazırdır.

Qaziler.az xəbər verir ki, bu haqda Polşanın Baş naziri Donald Tusk “TVP Info” kanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib. Tuskun bəyanat Çexiya prezidenti Petr Pavelin hava məkanının pozulmasına hərbi cavab vermək təklifinə reaksiya olub.

“Münaqişənin çox kəskin mərhələsinə keçə biləcək addımlar atmazdan əvvəl iki dəfə düşünməliyik. Əgər obyektlər ərazi sularımız üzərindən uçsa, onları məhv etməyə hazırıq, lakin mən 100% əmin olmalıyam ki, bütün müttəfiqlər bu məsələni eyni şəkildə başa düşəcəklər”, - Tusk bildirib.

Sonda Tusk qeyd edib ki, belə mühüm qərarların qəbulu üçün təkcə Çexiya liderinin bəyanatı yetərli deyil. Polşa yalnız Şimali Atlantika Alyansı çərçivəsində kollektiv yanaşma işlənib hazırlandıqdan sonra hərəkət etmək niyyətindədir.

QAZİLER.AZ

Seçilən
7
qaziler.az

1Mənbələr