"Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlı iddialar boş və əsassızdır".
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib. Bu, onun “MiQ-31” qırıcıları ilə bağlı insidentə şərhi olub.
Peskovun sözlərinə görə, rusiyalı pilotlar həmişə qaydalara ciddi əməl edirlər.
“Biz belə bəyanatları boş, əsassız, gərginliyi artırmaq və qarşıdurma mühiti yaratmaq kimi tamamilə açıq-aşkar siyasətin davamı hesab edirik. Bizim ordumuz ciddi şəkildə beynəlxalq qaydalar, o cümlədən uçuşları tənzimləyən qaydalar çərçivəsində fəaliyyət göstərir”, - Kreml sözçüsü vurğulayıb.
QAZİLER.AZ