AZ

Spiker: Fransa ilə münasibətləri Gürcüstan pozmayıb

“Gürcüstan Fransa ilə qarşılıqlı hörmətə əsaslanacaq açıq münasibətlərə tam hazırdır. Bizim yeganə şərtimiz qarşılıqlı və bir-birimizin suverenliyinə hörmətdir”.

News365.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

Spiker Fransanın Gürcüstana təyin olunmuş yeni səfiri ilə görüşdüyünü qeyd edib.

“Fransanın yeni səfiri bu məsələdə çox həvəslidir və tərəfimizdən ona hər cür dəstək göstəriləcək. Biz münasibətlərin görmək istədiyimiz səviyyəyə qayıtmasına çalışırıq və bu istiqamətdə mümkün olan bütün addımları atacağıq”, - Ş.Papuaşvili söyləyib.

Parlament sədri vurğulayıb ki, münasibətlərin Gürcüstan tərəfindən pozulması mümkün deyil:

“Gürcüstan hamı, xüsusən də Fransa ilə yaxşı münasibətlərdə və heç bir tərəfdən gərginliyə yol verilməməsinin tərəfdarıdır”.

Seçilən
16
3
news365.az

4Mənbələr