AZ

Nyu-Yorkda Türkiyənin COP31-ə namizədlik prosesi müzakirə edilib  

Nyu-Yorkda Türkiyə ilə Azərbaycan arasında qardaş ölkənin COP31-ə namizədlik prosesi ilə bağlı məsləhətləşmələr aparılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, burada COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen ilə görüşüb.

Türkiyənin COP31 sədrliyinə namizədliyinin müzakirə olunduğu görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edən nazir Kurum bildirib:

“COP31 namizədliyimizi yalnız ölkələrimiz üçün deyil, dünyanın gələcəyi üçün də mühüm bir addım hesab edirik. Texniki potensialımız, inkişaf etmiş logistika infrastrukturumuz, güclü insan resurslarımızla yaşıl inkişaf baxışımız əsasında bütün qurumlarımızla koordinasiyalı şəkildə fəaliyyətimizi davam etdirəcəyik”.

Seçilən
7
2
azerbaijan-news.az

3Mənbələr