AZ

Simonyanın Bakıya səfəri zamanı hansısa razılıq əldə olunub?

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO Parlament Assambleyasının Rose-Roth seminarında jurnalistlərə müsahibəsində MTX-nin direktoru Andranik Simonyanın Bakıya səfəri ilə bağlı sualı cavablandırıb.

Moderator.az Publika.az - a istinadla xəbər verir ki, səfərin effektiv olub-olmaması və erməni əsirlərin qaytarılması ilə bağlı razılığın əldə edilib-edilməməsi ilə bağlı suala Qriqoryan belə cavab verib:

“Bütün məlumatları Milli Təhlükəsizlik Xidməti verəcək”.

“Təhlükəsizlik Şurasının rəhbəri Bakıya səfər etməyi planlaşdırırmı” sualına isə belə cavab verib: “Belə müzakirələr yoxdur”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan forumda iştirak etmək üçün sentyabrın 19-dan 21-dək Bakıda olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
3
moderator.az

4Mənbələr