AZ

İsrail UEFA-nın turnirlərindən uzaqlaşdırıla bilər

UEFA İsrailin komandalarını bütün turnirlərdən uzaqlaşdırmağı planlaşdırır.

Msport.az xəbər verir ki, qərarın sabah qəbul edilə biləcəyi bildirilir.

Hazırda İsrail tərəfi bu məsələnin ümumi səsverməyə çıxarılmasının qarşısını almağa çalışır. İsraildə hesab olunur ki, Avropa ölkələrinin çoxu bu gün İsrailin uzaqlaşdırılmasını dəstəkləməyə hazırdır. Qətər maraqlı tərəflərə ciddi təzyiq göstərir və İsrailin turnirlərdən kənarlaşdırılması məsələsinin UEFA İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılması üçün son bir həftə ərzində fəal lobbiçilik aparıb.

Əgər qərar təsdiqlənsə, İsrail yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsindən kənarlaşdırılacaq, Təl-Əvivin “Makkabi” klubu isə Avropa Liqasında iştirak edə bilməyəcək. Bu sanksiyalar Rusiyanın uzaqlaşdırılmasına bənzər formada tətbiq oluna bilər.

Qeyd edək ki, Rusiya yığmaları və klubları 28 fevral 2022-ci ildən UEFA turnirlərindən qeyri-müəyyən müddətə kənarlaşdırılıb.

Seçilən
7
2
msport.az

3Mənbələr