AZ

Fransanın yeni səfiri: "Əziz azərbaycanlı dostlar..."

Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqut azərbaycanlılara müraciət ünvanlayıb.

Musavat.com bildirir ki, səfirliyin sosial media hesabında paylaşılan diplomatın müraciətdə qeyd olunur:

“Əziz azərbaycanlı dostlar, Fransanın Azərbaycandakı səfiri kimi sizə ilk dəfə müraciət etməkdən böyük məmnuniyyət duyuram. Bu tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək mənim üçün böyük şərəfdir”.

Sofi Laqut sələfi Ann Buayona ehtiramını çatdıraraq, çətin dövrdə Fransa ilə Azərbaycan arasında münasibətlərin davamlılığı üçün onun əməyini yüksək qiymətləndirdiyini qeyd edib.

Diplomat həmçinin yaxın vaxtlarda Bakıda və bölgələrdə insanlarla tanış olacağını, Fransa ilə Azərbaycan əlaqələrinin inkişafına töhfə verən şəxslərlə əməkdaşlıqdan məmnunluq duyacağını bildirib.

Səfir vurğulayıb ki, fransız dilinə marağın dəstəklənməsi və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi fəaliyyətinin əsas istiqamətlərindən olacaq.

Sonda Sofi Laqut qeyd edib:

“Əminəm ki, birlikdə Fransa dəyərlərini və maraqlarını yüksək tutmağa, ölkələrimiz və xalqlarımız arasında münasibətləri inkişaf etdirməyə davam edəcəyik. Mən sizə arxalanıram!”

Xalidə Gəray
Musavat.com

Seçilən
12
8
musavat.com

10Mənbələr