AZ

İstanbulda Azərbaycan məktəbi açılacaq

Növbəti tədris ilində İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək.

Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, İstanbulda məktəbin yerləşəcəyi bina Türkiyə tərəfindən ayrılıb:

“Hazırda məktəb binasında təmir işləri gedir. İstanbulda Azərbaycan vətəndaşı çox olduğu üçün buna ehtiyac olduğunu düşündük. Məktəbdə Türkiyə və Azərbaycan tədrisi məzmunundan istifadə olunacaq. Azərbaycan məktəbi orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Seçilən
9
26
operativmedia.az

10Mənbələr