AZ

Zaxarova bu ölkələri təhdid etdi: Cavabımız sərt olacaq

BAKI, 22 sentyabr. TELEQRAF

“Rusiyanın dondurulmuş aktivlərinin Avropa İttifaqı ölkələri tərəfindən mənimsənilməsi ilə bağlı sərt cavab tədbirləri görüləcək”.

Teleqraf xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun bəyanatını belə şərh edib.

“Heç bir xaos olmayacaq. Tədbirlər olacaq. Sərt. Və bunu bilirlər”, - diplomat bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl Rusiyanın dondurulmuş aktivlərinin beynəlxalq hüququ pozmadan müsadirə etməyin mümkünsüzlüyünü açıqlamışdı.

Seçilən
27
teleqraf.com

1Mənbələr