AZ

Ərdoğan: “Baxçalının təşəbbüsü ilə tam tanış deyiləm, amma qoy hər şey yaxşı olsun” – ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə, Rusiya və Çin arasında mümkün ittifaq qurulması barədə açıqlamasına münasibət bildirib.

Olaylar.az xəbər verir ki, Nyu-Yorkda jurnalistlərə açıqlama verən Ərdoğan deyib:
"Düzünü desəm, bu məsələni tam izləyə bilməmişəm, amma qoy hər şey yaxşı olsun".

Xatırladaq ki, daha əvvəl MHP lideri Dövlət Baxçalı ABŞ və İsraili "şər koalisiyası" adlandıraraq, onlara qarşı Türkiyə, Rusiya və Çin arasında strateji alyans yaradılmasını təklif etmişdi. O, İsraili Qəzza zolağında 700 gündən artıq davam edən soyqırım törətməkdə ittiham edib və bunun Türkiyənin təhlükəsizliyinə və regional sabitliyə birbaşa təhdid yaratdığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr