“Kəpəz” baş məşqçi Adil Şükürovla yollarını ayırıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klubu Adil Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.
Xatlrladaq ki, "Kəpəz" A.Şükürovun rəhbərliyi altında bu mövsüm Misli Premyer Liqasında keçirdiyi 5 oyunun hamısında uduzub və hazırda turnir cədvəlində 12 komanda arasında sonuncu yeri tutur.