AZ

Bella Hadidin anası qızının xəstəliyi ilə bağlı yalan danışmaqda ittiham olunur

Ajans.az xəbər verir ki,sosial şəbəkə istifadəçiləri bu barədə Yolandanın Instagram hesabında (Meta şirkətinə məxsus, Rusiyada ekstremist təşkilat kimi tanınıb və qadağan olunub) paylaşılmış fotoların altında fikirlərini bildiriblər. 61 yaşlı Yolanda Hadid 28 yaşlı qızı Bella Hadidin xəstəxanadan çəkilmiş yeni görüntülərini yayımlayıb. Fotolarda modelə kateter və damardaxili sistem (IV) qoşulduğu görünür. Paylaşımda Bella Hadidin xroniki Lyme xəstəliyindən müalicə aldığı qeyd olunub. Lakin diqqətli izləyicilər fotolarda bir detalı fərq ediblər: kadrlarda hemodializ aparatı açıq şəkildə görünür. Bu isə bəzi izləyicilərdə modelin böyrək problemi yaşadığına dair şübhələr yaradıb. Onlar Hadidin səhhətindəki pisləşmənin səbəbinin Lyme xəstəliyi deyil, yemək pozuntuları və çox arıqlıq ola biləcəyini irəli sürüblər. Şərhlərdə istifadəçilər belə yazıblar:
— "Layma xəstəliyi qanköçürmə ilə sağalmır",
— "Qızınıza yemək verin",
— "Çox kədərlidir: simptomlarının əksəriyyəti həddindən artıq arıqlığı ilə bağlıdır, amma anası onu bunun xroniki Layma xəstəliyi olduğuna inandırıb",
— "Onu yeməkdən məhrum edərək xəstəxanaya salan sizsiniz",
— "Bəzi şeyləri gizli saxlamaq daha yaxşıdır". Qeyd edək ki, Bella Hadid illərdir Lyme xəstəliyindən əziyyət çəkdiyini bildirir. Bununla belə, son fotolar və ictimai reaksiyalar modelin mümkün qidalanma pozuntuları və anasının bu vəziyyətdəki rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.  

 

Seçilən
12
Ajans.az

1Mənbələr