AZ

Ödənişli yollat taksi qiymətlərinə necə təsir göstərəcək?

Ödənişli zonaların taksi fəaliyyətinə təsiri hazırda açıq sualdır.

Teleqraf xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

Onun sözlərinə görə, taksilərin qiyməti tənzimlənən qiymətlər deyil vəbazarın təsirləri əsasında formalaşmalıdır:

"Növbəti 3 ay ərzində bu məsələ araşdırılacaq. Taksilərin gəlirləri də nəzərə alınacaq. Hazrda bununla bağlı proqnoz vermək çətindir, çünki bu, ciddi hesablamalar tələb edir. Hər bir qərarın arxasında ciddi iqtisadi əsaslandırma dayanmalıdır. Hökumətin tələbi budur”, - deyə A. Rzayev əlavə edib.

Seçilən
9
31
teleqraf.com

10Mənbələr