AZ

Premyer Liqa: 2025/26 mövsümündə yeni məhsuldarlıq rekordu

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turunda qapılara bütövlükdə 18 qol vurulub.

Arena.az xəbər verir ki, baş tutmuş 6 oyunda orta məhsuldarlıq 3,00-ə bərabər olub.

Bu, cari mövsümün rekordudur. Cari mövsümdə ilk dəfə orta göstərici 3,00 və ya daha yüksək olub.

Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün 31-ci turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub.

Xatrladaq ki, 5-ci turda “Qarabağ” “Araz-Naxçıvan”ı 5:0, “İmişli” “Karvan”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Neftçi” “Sumqayıt”ı, “Sabah” “Turan Tovuz”u 2:0, “Zirə” “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.

error: Məzmun qorunur!
Seçilən
8
49
arena.az

10Mənbələr