AZ

Tələbələr avtobuslardan güzəştli istifadə edə biləcəklər

Yeni qaydaların əsas məqsədlərindən biri bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqidir. Yalnız bu imkan tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyadan olanlar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi mümkün olacaq.

Teleqraf xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmandan irəli gələn məsələlərə həsr edilən brifinqdə çıxışı zamanı deyib.

İctimai nəqliyyatda avtobusların sayına aydınlıq gətirən A.Rzayevbildirib ki, avtobusların sayı hazırda 2300 ədədə çatdırılıb. Bu il ərzində xəttə 200 yeni avtobus buraxılacaq.

Bununla belə Anar Rzayev əlavə edib ki, mövcud avtobus parkının böyük hissəsi köhnədir və xidmət bugünki reallığa uyğun deyil:

“Onların istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir”.

Seçilən
14
teleqraf.com

1Mənbələr