AZ

Valideynlər etiraza qalxdı: Meta qız uşaqlarını istifadə edir

"Meta" şirkətinin "Threads" reklamlarında 13-15 yaşlı məktəbli qızların məktəb forması ilə çəkilmiş fotolarından istifadə etməsi valideynlərin etirazına səbəb olub.

Sherg.az xəbər verir ki, Britaniyada yaşayan 37 yaşlı bir Instagram istifadəçisi, platformada ona "Threads"i tanıtmaq məqsədilə 13 yaşlı qızların məktəbdən qayıdarkən çəkilmiş fotolarının tövsiyə edildiyini görüb.

Fotoların əksəriyyətində qız məktəblilərin üzləri və adları açıq şəkildə görünürdü. Görüntülərin valideynlərin Instagram-da paylaşdıqları postlardan avtomatik götürüldüyü bildirilib.

Bir ata, qızının fotosunun “təhrikedici və cinsiləşdirilmiş şəkildə” istifadə olunduğunu deyərək, “Belə böyük bir şirkətin övladımı məhsul tanıtımı üçün istismar etməsi iyrəncdir” ifadəsini işlədib.

Bir ana isə “Instagram"da qızımın məktəb şəklini paylaşmışdım, bunun tanıtım məqsədilə istifadə oluna biləcəyini bilmirdim. Bu, həqiqətən iyrəncdir” sözləri ilə etirazını bildirib.

"Meta" isə açıqlamasında  fotoların “hamıya açıq paylaşımlardan” götürüldüyü və icma qaydalarının pozulmadığı müdafiə olunub.

Şirkət, gənclərin birbaşa paylaşımlarının təklif edilmədiyini, lakin böyüklərə məxsus hesabların açıq şəkildə paylaşdığı məzmunların tanıtımda istifadə oluna biləcəyini bildirib.

Uşaq hüquqları müdafiəçisi Biban Kidron isə "Meta"nın bu mövqeyini “uşaqları qazanc üçün yem kimi istifadə etmək” sözləri ilə sərt tənqid edib. Kidron, “Meta hər fürsətdə təhlükəsizliyə yox, mənfəətə üstünlük verir. Bu kampaniya şirkətin laqeydliyini bir daha üzə çıxardı” deyib.

Etirazlardan sonra Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom"un yeni onlayn təhlükəsizlik qaydalarının bu kimi halları əhatə edib-etmədiyini qiymətləndirəcəyi gözlənilir.
Seçilən
11
1
sherg.az

2Mənbələr