AZ

Qırğızıstanda psixoloqların reklamı qadağan oluna bilər

BAKI, 22 sentyabr. TELEQRAF

Qırğızıstan parlamentinin deputatları Sosial Siyasət Komitəsinin iclasında psixoloqların reklamına qadağa qoyulması haqqında qanun layihəsinə baxıb və dəstəkləyiblər.

Teleqraf xəbəör verir ki, qanun layihəsi müvafiq sahə üzrə ali təhsil haqqında attestatı və ya əsas peşə təhsilinə uyğun əlavə peşə təhsili haqqında diplomu olmayan şəxslər tərəfindən psixoloji xidmət reklamını qadağan edir.

Müzakirələr zamanı deputat Gülsünkan Cunuşəliyeva qanun layihəsini dəstəkləyərək qeyd edib ki, son günlər mətbuatda bir qadının 100 min dollar aldadılması ilə bağlı məlumat yayılıb.

“Sən necə zombi kimi adamın arxasınca düşüb bu qədər pul verə bilərsən? Bu qanun layihəsini ona görə dəstəkləyirəm ki, vicdansız psixoloqlardan əziyyət çəkən vətəndaşların sayı artıb”.

Seçilən
31
teleqraf.com

1Mənbələr