AZ

Türkiyə səfiri: Bu elm ocağı ortaq gələcəyimizin simvollarından biri olacaq

BAKI, 22 sentyabr. TELEQRAF

"Bu elm ocağı ortaq gələcəyimizin simvollarından biri olacaq".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri BirolAkgün Bakı Türk Anadolu Liseyinin Əhmədli qəsəbəsindəki kampusunun açılış mərasimində çıxışı zamanı deyib.

“Əhmədli kampusunun açılışında sizinlə birlikdə olmaqdan məmnunam. Bu təkcə bir məktəbin açılışı deyil, ortaq gələcəyimizin qapılarının açılmasıdır. Biz eyni dəyərləri paylaşan, ortaq mədəniyyətin daşıyıcılarıyıq.”

Səfir qeyd edib ki, iki ölkənin münasibətləri yalnız siyasi, hərbi və iqtisadi deyil, eləcə də qəlb birliyi üzərində qurulub.

“Bu məktəb ortaq əlifbanın, ortaq mədəniyyətin, ortaq ruhun gerçəyə çevrilmiş formasıdır. İnanıram ki, bu elm yuvası münasibətlərimizin ən mənalı simvollarından birinə çevriləcək”.

Seçilən
29
teleqraf.com

1Mənbələr