AZ

Türkiyədən Azərbaycana pul köçürmələri artıb

2025-ci ilin ilk 6 ayında Türkiyədən Azərbaycana daxil olan pul baratlarının həcmi 82.3 milyon dollardan 87.8 milyon dollara yüksəlib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 7 faiz artım deməkdir.

Azərbaycandan Türkiyəyə göndərilən vəsaitlər isə 76.6 milyon dollardan 68 milyon dollara düşüb, yəni 11 faiz azalma baş verib.

Azərbaycana göndərilən pul baratlarında Türkiyənin payı ümumidə xüsusi çəkisi 14.5 faizdən 16.4 faizə qalxıb.

Seçilən
24
banker.az

1Mənbələr