AZ

Baxçalının təklifi üç ölkədəGÜNDƏMİ DƏYİŞDİRDİ

“Mümkün Türkiyə-Rusiya-Çin ittifaqı (TRÇ) yeni qlobal maliyyə sistemi qurmaq, yeni qlobal ehtiyat valyutaya sahib olmaq, yeni qlobal müdafiə meydanı və doktrina inkişaf etdirmək baxımından yeni və daha ədalətli qlobal sistem qurmaq iradəsinə və məqsədinə nail ola biləcək”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri İsmayıl Özdəmir deyib.

 

MHP rəsmisi üç ölkənin ümumilikdə 1,6 milyard əhalisi olduğunu qeyd edib: “TRÇ-nin 1,64 milyard əhalisi var ki, bu da dünya əhalisinin 20 faizinə bərabərdir və 26 milyon 534 min 710 kvadrat kilometr ərazisi ilə dünya ərazisinin 20,46 faizinə bərabərdir. Qlobal ÜDM-in 19,57 faizi 4,256 trilyon dollarlıq mal ixracı ilə qlobal mal ixracatının 17,42 faizini, 488 milyard dollarla qlobal hərbi xərclərin 17,96 faizini təşkil edir”.

 

Özdəmir üç ölkənin qlobal hərbi mövcudluğun 16,9 faizini təşkil edən 3,5 milyonluq hərbi qüvvəyə malik olduğunu vurğulayıb: “Bu ittifaq bəşəriyyət üçün qlobal sülh və sabitliyin bərqərar olması üçün alternativ və dinc dünya qurula biləcəyini nümayiş etdirir”.

 

Xatırladaq ki, TRÇ ittifaqının qurulması təklifi MHP sədri Dövlət Baxçalı tərəfindən irəli sürülüb. Təklif Türkiyə, Çin və Rusiyada geniş müzakirə mövzusuna çevrilib.

 

Daha ətraflı videomaterialda:

Seçilən
15
2
senzor.az

3Mənbələr