Bakı. Trend:
Müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin aşağı düşməsiictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır.
Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü NəqliyyatAgentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev
Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəmsərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanınahəsr edilən brifinqdə bildirib.
O bildirib ki, avtobusla müntəzəm sərnişin daşıma xidmətininsəviyyəsinin aşağı düşməsi sərnişinlər tərəfindən ictimai nəqliyyatxidmətinə inamsızlıq yaradır, avtobusdan istifadə arzusunu aradanqaldırır, taksilərə və şəxsi nəqliyyat vasitələrinə üz tutmasınasəbəb olur.
"Nəticədə şəhər küçələrində şəxsi nəqliyyat vasitələrininsayının artması və nəqliyyat sıxlığının yaranması müşahidə edilir"-deyə sədr vurğulayıb.