AZ

Evdə boğazı kəsilmiş halda ölü tapıldı - Qorxunc cinayət

Özbəkistanlı qadın dünən gecə İstanbulun Fatih şəhərindəki evində boğazı kəsilmiş halda ölü tapılıb. Aksaray rayonundakı evdə yaşayan 36 yaşlı Züleyha E.-dən günlərlə xəbər ala bilməyən dostu vəziyyəti ev sahibinə bildirib.


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qadının evini çilingərdən istifadə edərək qapını açan ev sahibi və dostu açanda Züleyha E.-ni hərəkətsiz vəziyyətdə görüblər. Əraziyə polis və tibb işçiləri göndərilib. Həkimlər boğazı kəsilmiş qadının öldüyünü müəyyən ediblər.

Ətrafda təhlükəsizlik tədbirləri görən polisin cəsədi müayinə etdikdən sonra cəsəd Ədliyyə Tibb İnstitutunun morquna aparılıb. Məhəllə sakinləri qadının onların qonşusu olduğunu, lakin onu yaxşı tanımadıqlarını, “Biz heç bir dava, səs-küy eşitməmişəm” - deyərək izahat veriblər. Hadisə ilə bağlı kobud cinayət şübhəsi ilə istintaq başladılıb.

Seçilən
10
2
manset.az

3Mənbələr