AZ

Özü, arvadı, oğlu və gəlini narkotik satışına görə tutuldu - VİDEO

Özü, arvadı, oğlu və gəlini narkotik satışına görə tutuldu - VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan bir ailənin üzvləri tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AFN.az-a bildirilib ki, Oğuz RPŞ tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Keçirilən tədbirlərlə bir ailənin 4 üzvü - əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, 34 yaşlı oğlu Orxan, 55 yaşlı arvadı Gülnaz və gəlini Dilbər Məmmədova saxlanılıb. Onların Xaçmaz kəndində yaşadıqları ünvana baxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkibli bitkilərin toxumları aşkar olunub.

Saxlanılan şəxslər çətənə kollarını bir müddət əvvəl becərdiklərini və qulluq göstərdiklərini bildiriblər. M.Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonra arvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasını təmin edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə üç nəfər barəsində həbs, D.Məmmədova barəsində isə digər növdən olan qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
5
27
afn.az

10Mənbələr