AZ

Türkiyə artıq dünyada söz sahibi olan, texnologiya istehsal edən bir ölkədir - Kacır

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə bu gün istehsal edən, texnologiya inkişaf etdirən və beynəlxalq aləmdə iddiasını gücləndirən bir dövlətdir. 300 min nəfərlik AR-GE ordusu ilə innovasiya yaradan, müdafiə və aviasiya sənayesində əldə etdiyi nailiyyətlərlə dünyada tanınırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır ABŞ-da keçirilən tədbirdə çıxış edərkən bildirib.

O, ABŞ-ı Türkiyənin həm mühüm ticarət tərəfdaşı, həm də strateji müttəfiqi kimi dəyərləndirib. Nazir Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşün bölgə və dünya üçün faydalı olacağına ümid etdiyini bildirib.

Nazir əlavə edib ki, Türkiyə bu gün dünyanın müxtəlif bölgələri ilə əlaqələr quran, diplomatik körpülər salan və qlobal dialoqa açıq azsaylı ölkələrdən biridir.

Kacır, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün iş dünyası ilə birgə səylərin vacibliyinə toxunaraq, MÜSİAD-ın ABŞ-ın 13 ştatında fəaliyyət göstərdiyini bildirib.

“Ümid edirəm ki, bu rəqəm tezliklə 50-yə çatacaq. MÜSİAD-ın ABŞ-ın bütün ərazilərində Türkiyəni təmsil etməsi, iş adamlarımızın bu bazarlarda daha aktiv iştirak etməsi və qarşılıqlı investisiyaların artması üçün bu təşkilat ticari elçimiz kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.” - deyə qeyd edib.

Seçilən
10
turkic.world

1Mənbələr