AZ

Mikayıl Cabbarov: Dövlət olaraq birgə investisiyalardan çəkinmirik

Dövlətin iqtisadi fəallığın təşviqi ilə bağlı rolunun davamlı olması istiqamətində əsas funksiyamız sabit makroiqtisadi və fiskal çərçivəni qorumaqdır.

Adalet.az 
 xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İnvestisiyalar baxımından getdikcə daha çox dövlət-özəl tərəfdaşlıq (PPP) modellərinin tətbiqini görəcəyik”, - deyə nazir əlavə edib.

    O bildirib ki, bu zaman dövlət yalnız sabitləşdirici rol oynamır, həm də müəyyən dərəcədə inkişaf etdirici və hətta birgə investor kimi çıxış edir:

    “Bu kontekstdə qeyd edim ki, biz birgə investisiyalardan çəkinmirik. Bunun üçün müxtəlif mexanizmlər mövcuddur: bəziləri dost ölkələrlə birgədir, bəziləri isə suveren əsasda fəaliyyət göstərir”.

    Seçilən
    16
    8
    adalet.az

    9Mənbələr