AZ

Netanyahudan Fələstini tanıyan ölkələri HƏDƏLƏDİ: “Gözləyin və görün!”

İsrailin baş naziri Benyamin Netanyahu Portuqaliya, Böyük Britaniya, Kanada və Avstraliyanın Fələstin dövlətini tanımaq qərarına cavab olaraq işğal olunmuş İordan çayının qərb sahilindəki Fələstin ərazilərini ilhaq etmək niyyətində olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, İsrail Böyük Britaniya, Avstraliya və Kanadanın rəsmi tanınmasını qəti şəkildə rədd etdiyini açıqladı.

İsrail Baş Nazirinin dəftərxanası tərəfindən yayımlanan videomüraciətdə Netanyahu iddia edib ki, Fələstin Dövlətini tanıyan dövlətlər “terrorçuluğa mükafat verirlər”.

İllərdir Fələstin dövlətinin qurulmasına mane olduqlarını və buna imkan verməyəcəklərini iddia edən Netanyahu, işğal altındakı Fələstin torpaqlarını qəsb edərək qurduqları qeyri-qanuni yəhudi məskənlərinin sayını iki qat artırdıqlarını və bu yola davam edəcəklərini bildirib.

Netanyahu, ABŞ-dan qayıtdıqdan sonra ölkələrin Fələstin dövlətini tanıma qərarlarına cavab verəcəyini bildirib və “Gözləyin və görün” sözləri ilə İordan çayının qərb sahilini ilhaq edəcəyi ilə bağlı üstüörtülü təhdidlər səsləndirib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, maliyyə naziri Bezalel Smotriç və mədəniyyət və idman naziri Miki Zohar da üç ölkənin Fələstin dövlətini tanımaq qərarından sonra işğal altındakı İordan çayının qərb sahilini ilhaq etməyə çağırıblar.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
turkustan.az

1Mənbələr