AZ

Brüsseldə xəyanət Rusiya ilə gizli əməkdaşlıq üzə çıxdı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çexiyanın Rusiya ilə gizli əməkdaşlığı ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə SHOT telegram kanalı məlumat yayıb.

Bildirilib ki, sözügedən ölkə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları fonunda turist gəlirlərini itirməmək üçün ruslara “turizm” əvəzinə “ziyarət” ifadəsi ilə vizalar verməyə başlayıb.

“Çexiya konsulluqları müraciət edən ruslara müvafiq təyinatlı viza almaq üçün lazımi sənədləri hazırlamağa kömək edir. Bu vizanı uğurla almaq üçün 10 illik pasport tələb olunur.

Qanuni olaraq bu viza turist vizasından fərqlənmir və ölkəyə pulsuz giriş imkanı verir. Praqa hava limanındakı sərhəddə sərhədçilər bütün sənədlər təqdim olunarsa, ruslara əlavə sual vermədən icazə verirlər”, – deyə qeyd olunub.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
globalinfo.az

1Mənbələr