AZ

Qazaxıstanlı iş adamı "Real Madrid" üzərində qələbəyə görə oyunçulara avtomobil vəd etdi

Qazaxıstandan olan multimilyonçu Tursenqali Alaquzov "Kayrat" komandasının futbolçularına avtomobil hədiyyə etmək vədini verib.

İdman.biz xəbər verir ki, bu barədə iş adamı videomüraciətində məlumat verib.

Bunun üçün isə Almatı təmsilçisinin futbolçuları UEFA Çempionlar Liqasında "Real Madrid" komandasını məğlub etməlidirlər.

"Əziz qazaxıstanlılar, mən də hamı kimi vətənpərvərəm... Bilirik ki, 10 gündən sonra sevimli "Kayrat" komandamız "Real Madrid"lə qarşılaşacaq. Buna görə də respublikanın vətənpərvəri kimi və ad günüm ərəfəsində söz verirəm: "Kayrat" qalib gələrsə, matçda oynayan hər bir futbolçuya avtomobil hədiyyə edəcəyəm" , - deyə "Galanz Bottlers" alkoqolsuz içkilər şirkətinin sahibi vurğulayıb.

Qeyd edək ki, Alaquzov Qazaxıstanın ən varlı iş adamları siyahısında 61-ci yeri turur. Onun sərvəti 130 milyon dollar məbləğində qiymətləndirilir.

İdman.biz

Seçilən
12
1
idman.biz

2Mənbələr