AZ

Pep Qvardiola: “Arsenal”la oyunda antirekord qürurvericidir"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın V turunda "Arsenal"a qarşı oyunda (33%) topa sahibolmada karyerasının ən aşağı göstəricisini şərh edib.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis bunu rəqibin güclü oyunu ilə əlaqələndirib:

"Bu ölkədən daha bir rekord qoymadan gedə bilmərəm. Bəli, bununla qürur duyuram. "Arsenal"a hörmətlə yanaşıram. Bəzən planlaşdırılmadan belə hallar baş verir. Əgər rəqib üstünlük qazanıbsa, deməli daha yaxşı oynayıb".

Qvardiola həmçinin "avtobusu park etmək" taktikasını müdafiə edərək, "10 ildən bir bunu etməkdə heç bir problem yoxdur" deyib.

Qeyd edək ki, "Mançester Siti" hazırda 7 xalla turnir cədvəlinin 9-cu pilləsindədir.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr