AZ

Gəlinini öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Bu il mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayeva yaşadığı evdə öldürülüb.


İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Ş.Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ş.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.


Məlumata görə, Ş.Hüseynov H.Hüseynovanı 24 bıçaq zərbəsi ilə qətlə yetirib.

Kamal Məmmədov 

Tarix: 22 Sentyabr 2025, 09:51   
Seçilən
58
12
pravda.az

10Mənbələr