AZ

Stenli Kubokunun ikiqat qalibi Berni Parent vəfat edib

Milli Hokkey Liqasının (NHL) əfsanəvi qapıçısı, "Filadelfiya Flayers"in sabiq üzvü Berni Parent 80 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə Filadelfiya klubunun mətbuat xidməti məlumat yayıb.

Parent karyerası ərzində iki dəfə Stenli Kubokunun qalibi olub və hər iki mövsümdə pley-offun ən dəyərli oyunçusu seçilib.

Qeyd edək ki, o, NHL-də "Boston Brüins" və "Toronto Meypl Lifs" komandalarının da formasını geyinib. Parent 1974 və 1975-ci illərdə "Vezina Trofi" mükafatına layiq görülüb.

İdman.biz

Məqalədə:
Seçilən
7
3
idman.biz

4Mənbələr