AZ

2600 manat müavinət kimlərə ödəniləcək və necə müraciət etmək olar?

Bakı. Trend:

Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraqNazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindənməhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumitəhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsilmüəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətinödənilməsi qaydalarını təsdiq edib.

Trend xəbər verir ki, bunu Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, yeni qaydalara əsasən, həmin vətəndaşlarımıztəhsil pillərini başa vuran zaman dövlət büdcəsindən maliyyədəstəyi əldə edəcəklər:

"Qeyd edək ki, əvvəllər həmin şəxslər mövsümi paltar vəayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən azolmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. SonFərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı,həmçinin vəsait də dəqiqləşdirilir.
Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş vəvalideyn himayəsindən məhrum olmuş uşaqlarln, habelə onlarınarasından olan şəxslərin sosial təminatını dahagücləndirməkdir".

Millət vəkilinin sözlərinə görə, vəsaiti necə almağa gəldikdəisə bu müavinət hər bir təhsil müəssisənin büdcəsinə daxiledilir.

"Bu o deməkdir ki, həmin vətəndaşlarımız təhsillərini başa vuranzaman həmin müəssisəyə müraciət etməklə bu müavinəti ala bilərlər.Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrumolmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsilimüəssisəni və ya universiteti təhsil alırsa, təhsilini başa vuranzaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu prosesqısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldəedilməsi mümkündür",- deputat əlavə edib.

Seçilən
13
49
az.trend.az

4Mənbələr