AZ

Stenli Kubokunun ikiqat qalibi vəfat edib

Milli Hokkey Liqası (NHL) təmsilçisi "Filadelfiya Flayers"in keçmiş üzvü, Stenli Kubokunun ikiqat qalibi Berni Parent 80 yaşında vəfat edib...

"Report" xəbər verir ki, bu barədə Filadelfiya klubunun mətbuat xidməti məlumat yayıb.

Sabiq qolkiper Stenli Kubokunu qazanmaqla yanaşı, iki dəfə pley-offun ən dəyərli hokkeyçisi seçilib.
Qeyd edək ki, B.Parent NHL-də "Boston Brüins" və "Toronto Meypl Lifs" komandalarında da çıxış edib. O, 1974 və 1975-ci illərdə həmçinin ən yaxşı qapıçılara verilən "Vezina Trofi" mükafatının sahibi olub.

Poliqon.info

Seçilən
7
3
poliqon.info

4Mənbələr