AZ

Hava yenidən dəyişir: bunları mütləq bilməlisiniz – Əhaliyə xəbərdarlıq

Hava şəraitinin kəskin dəyişməsi insan sağlamlığına təsir edir. Həkimlər bildirirlər ki, bu hal meteoroloji həssaslıqdan əziyyət çəkən şəxslərdə hava təzyiqi, rütubət və temperatur dəyişikliyi, baş ağrısı, əsəbilik və yuxu pozuntularına səbəb olur.

Meteoroloji həssaslıqdan əziyyət çəkənlər bunu yüngülləşdirmək üçün gündəlik həyatlarında hansı üsulları tətbiq edə bilərlər?

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, bir neçə üsulu tətbiq etməklə simptomları yüngülləşdirmək mümkündür:

“Burada fiziki aktivlik əsas şərtdir. Hər gün 20-30 dəqiqə yüngül gediş, evdə məşq, yaxud yoqa kimi fəaliyyətlər endorfin səviyyəsini artıraraq əhval-ruhiyyəni yaxşılaşdırır və stresi azaldır. Düzgün qidalanma və maye qəbulu da vacib amillər sırasındadır. Çünki təzə meyvə, tərəvəz, kifayət qədər su qəbul etmək bədən funksiyalarını stabilləşdirir və baş ağrısı, yorğunluğu azaldır.

WhatsApp

Aygün Sayılova

Əgər qısamüddətli baş ağrısı, əsəbilik başlayırsa, dərin nəfəs texnikaları, meditasiya və ya isti duş kimi rahatlaşdırıcı üsullar faydalı ola bilər. Bundan başqa, evdə, iş yerində kifayət qədər işıq və rahat temperatur saxlamaq əhval-ruhiyyənin stabilliyinə kömək edir. Yuxu rejimi, yemək vaxtları və işgüzar fəaliyyətləri sabit saxlamaq meteoroloji təsirlərin yaratdığı narahatlıqları azalda bilər”.

Terapevt qeyd edib ki, simptomlar ciddi şəkildə həyat keyfiyyətinə təsir edirsə, həkimlə birlikdə nəfəs texnikaları, relaksasiya və zehni məşqlər planlaşdırmaq faydalı olar.

Seçilən
15
1
turkustan.az

2Mənbələr