AZ

Azərbaycanlı hücumçular bu həftə Avropada nə ilə yadda qaldılar?

Avropanın futbol çempionatlarında çıxış edən azərbaycanlı hücumçular üçün bu həftə uğurlu olmayıb.

Operativ Media xəbər verir ki, aralarında Azərbaycan millisinin üzvləri də olan hücumçular heçnə ilə yadda qalmayıblar.

Bu yay Almaniyanın 2-ci Bundesliqasında çıxış edən "Kayzerslautern"ə transfer olan Mahir Emreli ardıcıl 3-cü həftədir iştirak ərizəsinə salınmır.

Polşa çempionatına top qovan Renat Dadaşov "Motor Lubin"in "Zaqlebiya" ilə (2-2) oyununda ehtiyatda qallıb.

Yenidən Albaniyaya qayıdan Vüsal İsgəndərli isə "Partizani"nin "AF Elbasani"yə məğlub olduğu oyuna start heyətdə başlayıb və 62-ci dəqiqədə əvəzlənib. Futbolçu heçnə ilə yadda qalmayıb.

"Səbail"i Xorvatiyanın "Varajdin" klubuna dəyişən Rüfət Abdullazadə komandasının heyətində "Lokomotiv Zaqreb" səfərində 45 dəqiqə meydanda qalıb. Hücumçu ilk hissədən sonra əvəzlənib.

Beləliklə,.bu həftə azərbəycanlı hücumçular avropada heçnə ilə yadda qalmayıblar.

Seçilən
10
operativmedia.az

1Mənbələr