Bakının müxtəlif küçə və prospektlərində nəqliyyatın sıxlığı qeydə alınıb.
Doğru.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, hazırda sıxlıq olan əsas yollar bunlardır:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Heydər Əliyev prospekti (əsas və köməkçi yol), mərkəz istiqamətində;
Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
28 May küçəsi (Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər);
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
Koroğlu Rəhimov küçəsi (Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsinə qədər və oradan Heydər Əliyev prospektinə qədər);
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospektinə qədər;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.
DOĞRU.AZ