AZ

Makron: Rusiyadan neft idxalı ikinci dərəcəli problemdir...

Fransa prezidenti Avropanın Rusiya enerji daşıyıcılarından asılılığının əhəmiyyətli dərəcədə azaldığını bildirib...

Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının Rusiyadan enerji daşıyıcıları idxalını “çox kiçik həcmli” adlandıraraq, mövcud vəziyyətdə bunun “ikinci dərəcəli problem” olduğunu bildirib.

Poliqon xəbər verir ki, Fransa prezidnti bu fikri CBS telekanalına verdiyi müsahibədə, ABŞ prezidenti Donald Trampın Avropanı “Rusiyanın neft və qazından asılılığı azaltmağa” çağırışına münasibət bildirərkən səsləndirib.

Makron vurğulayıb ki, Avropa artıq Rusiya enerji resurslarının idxalını kəskin şəkildə azaldıb: “Bu gün bu, əsas amil deyil. Çünki biz Rusiya nefti və qazının istehlakını 80 faiz azaldmışıq”.

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin liderləri bu yaxınlarda Rusiyaya qarşı nəzərdə tutulan 19-cu sanksiyalar paketinin qəbulunu təxirə salıblar. Qərar ABŞ prezidenti Donald Tramp ilə Avropa liderləri arasında keçirilən növbəti telefon danışıqlarından sonra verilib. Müzakirələrdə Avropa tərəfi Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsini tələb etsə də, Tramp onları ilk növbədə Rusiya neftinin idxalını dayandırmağa çağırıb.

ABŞ prezidenti həmçinin Avropaya Hindistan və Çindən idxal olunan məhsullara rüsum tətbiq etməyi, eləcə də dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi tövsiyə edib. Makronun son açıqlaması isə göstərir ki, Paris bu məsələni strateji deyil, ikincil bir faktor kimi qiymətləndirir.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr