AZ

Azərbaycan Şahmat Federasiyası məşqçi-müəllimlər üçün onlayn sınaq imtahanı keçirib

Azərbaycan Şahmat Federasiyası məşqçi-müəllimlər üçün onlayn sınaq imtahanı keçirib. 

Operativ Media xəbər verir ki, AŞF-nin Məşqçilər Komissiyasının təşkilatçılığı ilə keçirilən onlayn sınaq imtahanında 50-ə yaxın şəhər və rayondan 461 iştirakçı sualları cavablandırıb. Sınaq imtahanında məşqçi-müəllimlərə 32 sual təqdim olunub. Sualları cavablandırmaq üçün isə 90 dəqiqə vaxt verilib. Qeyd edək ki, bu, AŞF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi sayca 3-cü onlayn sınaq imtahanıdır.

Sınaq imtahanının nəticələri əsasında məşqçi-müəllimlər topladıqları ballara uyğun qrup seçimi edərək təcrübəli məşqçi-müəllimlərdən onlayn təlimlər alacaq. Seminarların sonunda növbəti onlayn sınaq imtahanın keçirilməsi də planlaşdırılır.

Seçilən
8
operativmedia.az

1Mənbələr