AZ

Suriyada parlament seçkiləri bu tarixdə keçiriləcək

Suriyada növbəti parlament seçkilərinin tarixi müəyyənləşib. SİA xəbər verir ki, bu barədə "SANA" agentliyi xəbər verib. Məlumata əsasən, seçkilər oktyabrın 5-də keçiriləcək. "Xalq Məclisinin üzvləri üçün səsvermə 2025-ci il oktyabrın 5-də bütün seçki dairələrində keçiriləcək", - deyə Suriya Xalq Məclisinə Seçkilər üzrə Ali Komitə açıqlayıb. Həmçinin şənbə günü komitə seçki orqanlarının üzvlərinə qarşı şikayətlərin verilməsi müddətini sentyabrın 21-i bazar gününün sonuna qədər uzadıb.

Seçilən
35
sia.az

1Mənbələr