Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qurultayda partiya sədrliyinə seçkilər baş tutub.
Səsvermənin nəticələrinə əsasən, hazırkı sədr Özgür Özəl 917 seçicidən 835-inin (82 səs keçərsiz sayılıb) səsini qazanaraq yenidən partiyanın lideri seçilib.
Qeyd edək ki, o, seçkiyə yeganə namizəd kimi qatılmışdı.
Daha ətraflı videomaterialda: